!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan KTMT BƏYANATI – XİN baş nazirin dediklərinə düzəliş etdi

!Reklam – Yazi

“Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə Ermənistanın KTMT-dən çıxacağını dedi. Lakin daha sonra həm baş nazirin ofisi, həm Ermənistan XİN bunun təşkilatdan çıxmaq anlamına gəlmədiyini, sadəcə, lazım bildikləri an bunun ola biləcəyi şəklində düzəliş etdilər”.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.

Kanal yazır ki, əslində, Ermənistan artıq KTMT-də de-fakto fəaliyyətini dayandırıb və İrəvan KTMT-nin büdcəsinə maliyyə ayırmır, təşkilatın toplantılarına qatılmır, təşkilatın heç bir qətnaməsinə qoşulmur, əksinə, qərarlarla tanış olur və qərarlara qarşı çıxmır.

“Lakin Ermənistan rəhbərliyi hələlik Rusiya və Ukrayna arasında savaşın nəticəsini, Gürcüstan və ABŞ seçkilərində hansı qüvvənin qalib gələcəyini gözləyir. Çünki Tramp administrasiyası geri qayıdarsa, demokratlar qədər Ermənistanla ideoloji bağ qurmaya bilər, eyni zamanda, Gürcüstanın Qərblə gərgin münasibətləri İrəvanın Qərbə gedən yolunda müəyyən maneələr yaradır”, – deyə məlumatda qeyd edilir.

Bildirilib ki, AİB hazırda Ermənistanın Rusiyaya inteqrasiya lahiyələrində qalmasına əsas rol oynayan institutdur.

“Ermənistanda Paşinyanın reytinqi azalsa belə, ölkədə sosial-iqtisadi sabitliyin mövcudluğu baş nazirə dəstəyin əsasıdır. Ermənistanda Paşinyana dəstək olan sosial qrupun əsas motivasiyası Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma, vizasız gediş-gəliş imkanı, ən əsası isə iqtisadi vəziyyətdir. Ermənistan Rusiyaya qarşı sanksiyaların yarılmasından, Rusiyaya paralel ixracdan milyardlarla dollar qazanır”, – deyə bildirilir.

“Ötən il ÜDM rekord 12% artıb, bu il isə 7.3% artacaq. KTMT-dən indi çıxmaqla Ermənistan AİB-də əvvəlki imtiyazla ticarəti davam etdirməyə bilər. Aİ isə hələlik Ermənistan üçün Rusiya bazarına alternativ ola bilməz. Ona görə də Paşinyan de-yure hələ bir müddət də KTMT-də qalmağı nəzərdən keçirə bilər”, – deyə məlumatda qeyd olunub.

Rafi Müslümov

COP29

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv