Ermənistanın baş naziri Nikol Paşinyan ölkə prezidentinə Baş Qərargah rəisi Movses Akopyanı qovmağı təklif edib.
Yenicag.az xəbər verir ki, bu barədə Paşinyan Nazirlər Kabinetinin iclasında məlumat verib.
“Mən prezidentə başqa bir işə keçməsiylə əlaqədar Baş Qərargah rəisini işdən çıxarmağı təklif etdim”, -deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, qərar qarşılıqlı razılaşma ilə qəbul olunub.
“Bu gün yeni Baş Qərargah rəisi təyin olunacaq”, -deyə o bildirib.