!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan ŞOK ETİRAF: Ermənistanda çoxlu sayda silah yoxa çıxıb

!Reklam – Yazi

Ermənistanın baş naziri Nikol Paşinyan 2-ci Qarabağ müharibəsindən sonra çoxlu sayda silahların yoxa çıxdığını və onların cəmiyyət üçün təhlükə yaratdığını bəyan edib.

Yenicag.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Ermənistan hökumətinin rəsmi “YouTube” hesabında canlı yayımlanan Nazirlər Şurasının bugünkü iclasında danışıb.

Silahların təhlükə yaradacağına diqqət çəkən Paşinyan sözügedən onların tapılması üçün göstəriş verdiyini bildirib.

Paşinyan ölkəsində odlu silahdan istifadə etməklə törədilən ağır cinayətlərin sayının artdığına diqqət çəkib və deyib:

Baş nazir Paşinyan bəyan edib ki, ölkədə qanuni silahların sayı artıb və qanuni silahlarla törədilən ağır cinayətlərin nisbəti müəyyən edilməli və silah əldə etmək imkanlarının artırılması ilə bağlı qərar qəbul edilməlidir.

Paşinyan iclasda ölkəsində hər şeyin çox ləng getdiyini, hökumətin də çox ləng hərəkət etdiyini, ləng düşündüyünü və ləng qərarlar qəbul etdiyini deyib.

Paşinyan ölkəsində insanların yalnız avtomobil idarə edərkən və yemək yeyərkən sürətli hərəkət etdiyini, bunun hər ikisinin cəmiyyətə və insan sağlamlığına zərərli olduğunu qeyd edib.

Paşinyan bəyan edib ki, həyatda geriləmənin səbəbi “lənglik”dir.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv