!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan sülh açıqlaması

!Reklam – Yazi

“Təəssüf ki, oktyabrın 5-də Qranadada Azərbaycanla sülh müqaviləsi imzalanmayacaq”.

Yenicag.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, bu barədə baş nazir Nikol Paşinyan jurnalistlərə bildirib.

O, sülh gündəminin Ermənistan üçün prioritet olduğunu vurğulayıb.

“Biz Azərbaycanla mümkün qədər tez, məsələn, ilin sonunda və ya gələn ilin əvvəlində sülh sazişi imzalamaq istəyirik. Biz bunun üçün hər şeyi edirik. Ümid edirik ki, intensiv danışıqlar davam edəcək”, – deyə o əlavə edib.

Xatırladaq ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi İcmasının növbəti toplantısı təşkil ediləcək./Oxu.az/

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv