!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanı “cəsarətləndirən” daxili və xarici təzyiqlər: “O indi hər tərəfdən küncə sıxılmış vəziyyətdədir” – ŞƏRH

!Reklam – Yazi

“Diaspordan başqa, ayrı-ayrı ölkələrin də Paşinyana basqısı var və o ölkəsinin siyasətini həmin dövlətlərin maraqları ilə uzlaşdırmaq məcburiyyətindədir”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin son iclasında Azərbaycan əleyhinə əsassız iddialar səsləndirməyinin səbəblərinə toxunan Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yaranmış reallıqda Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaqdan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa yolu yoxdur:

“Doğrudur, Paşinyan son dövrlərdə çox ziddiyyətli bəyanatlar verir. Bu davranış hətta elə bir səviyyəyə gəlib çatıb ki, artıq Paşinyanın Ermənistanda ciddi qəbul edilmək dərəcəsi də xeyli azalıb. Çünki Paşinyan Ermənistanın qarşısında dayanan mühüm məsələrə bu gün bir, sabah isə tamam fərqli məvqedən yanaşır.

Aydındır ki, Paşinyanı belə bir vəziyyətə salan əsas amil Ermnistandakı vəziyyət, bu ölkənin daxilində baş verənlər, o cümlədən beynəlxalq aləmdə rəsmi İrəvanın siyasətinə münasibətdir.

Ermənistanın Baş nazirinin ölkədaxili durumu, həqiqətən, çox mürəkkəbdir. Bir tərəfdən “Qarabağ klanı”, digər tərəfdənsə “küçə demokratiyası”na aid edilən siyasi qüvvələr Paşinyanı xeyli sıxışdırıblar. Eyni zamanda, xaricdəki etməni diasporunun da ölkədəki vəziyyətə təsir imkanları mövcuddur.

Ona görə də Paşinyanın hər hansı bəyanatına okeanın o tayından və başqa ölkələrdən həmən reaksiya verilir, ona təzyiq göstərərək hədələyirlər. Paşinyana açıq sui-qəsd təhdidlərinin olduğunu da nəzərə alsaq, onun vəziyyətini təsəvvür etmək mümkündür. Bu baxımdan, Paşinyan müstəqil qərar verməkdə çox tərəddüd edir.

Diaspordan başqa, ayrı-ayrı ölkələrin də Paşinyana basqısı var və o ölkəsinin siyasətini həmin dövlətlərin maraqları ilə uzlaşdırmaq məcburiyyətindədir. Bu isə hər dəfə mümkün olmur. Yəni Paşinyan Rusiyanın diqtəsi ilə hərəkət edərkən Qərbin, onun diqtəsi ilə davrandıqda isə Rusiyanın maraqlarına qarşı çıxmış olur. Belə olduqda, Paşinyanın özünün hakimiyyətdə qalıb-qalmamaq məsələsi gündəmə gəlir.

Müşahidə olunduğu kimi, Paşinyan Qərbin ssenarisi ilə hərəkət etdikdə, tez-tələsik Moskvaya çağırılır və diplomatik, bəlkə də daha açıq formada xəbərdarlıq edilir. Nəticədə o Qərbdən aldığı tövsiyələrdən geri çəkilməli olur. Bu isə Paşinyanın daxildəki dayanıqlılığını pozur.

Belə bir şəraitdə Paşinyanın məlum qəbuledilməz bəyanatlar verməsi adekvat reaksiya doğurur və Azərbaycan bu halda öz mövqeyini daha ciddi və sərt şəkildə ortaya qoyur. Paşinyan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasından yayınaraq, o məsələləri Qarabağdakı ermənilərin hüquqları ilə əlaqələndirməyə cəhd göstərir. O bu məsələdə beynəlxalq güclərin dəstəyini əldə etməyə çalışsa da, hələ ki məqsədinə çatmır, çünki ortada Rusiya faktoru var.

O səbəbdən, mürəkkəb vəziyyətdə olan Paşinyan qeyri-adekvat fikirlər səsləndirir, bəyanatlar verir. Ancaq aydın olan budur ki, yaranmış reallıqda Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaqdan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa yolu yoxdur”.

A.Zeynalov

www.yenicag.az

28065
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv