!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın baş nazir postuna namizədliyi qəbul edilmədi - YENİLƏNDİ

!Reklam – Yazi

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanı respublikanın Baş naziri vəzifəsinə yeganə namizəd seçməyib.

Yenicag.az xəbər verir ki, səsvermədə 75 deputat bitərəf qalıb, 3 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs verib. Bununla da Ermənistan parlamentinin buraxılma proseduru başladılıb.

Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası isə Paşinyanın namizədliyinin əleyhinə səs verib.

***

Ermənistan parlamentinin hakim fraksiyası “Mənim addımım” parlamentin buraxılması və erkən seçkinin keçirilməsi proseduruna başlamaq üçün Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Yenicag.az xəbər verir ki, bu barədə fraksiyanın rəhbəri Lilit Makunts bildirib.

Xatırladaq ki, bir qədər öncə, Paşinyan ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsi üçün istefa verib. O, hazırda baş nazir vəzifələrini icra etməyə davam edir.

Paşinyan erkən parlament seçkisinin iyunun 20-də keçiriləcəyini bəyan edib.

www.yenicag.az

874
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv