!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın siyasi rəqibləri ilə hesablaşma CƏHDİ: “Sərhəd təxribatının arxasında həm də bu niyyət dayanır” - Politoloq

!Reklam – Yazi

“Baş nazir əleyhinə olan bu gedişatı səngitmək üçün birbaşa dövlət sərhədində belə bir provakasiyaya əl atdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın ötən gün Tovuz istiqamətində atəşkəs rejimini pozaraq, təxribata əl atmasının arxasında həm də işğalçı ölkənin baş naziri Nikol Paşinyanın siyasi rəqiblərini “neytrallaşdırmaq” cəhdinin dayanmasını şərh edəın politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadənin sözlərinə görə, Ermənistanın istər sabiq, istərsə də indiki hakimiyyətinin siyasi rəqiblərlə hesablaşmaq üçün cəbhədə gərginlik yaratması xroniki hal alıb:

Dünən cəbhədə baş verən döyüşlər və bunun fonunda Paşinyanın cəbhədə gərginlik yaradaraq, aktivləşən siyasi rəqiblərini tormozlamağa çalışmasını şərh edən politoloq Yusif Bağırov səsləndirib. Yusif Bağırov bildirib ki, bu Ermənistan dövləti rəhbərlərinin metodiologiyasdır:

“Sadəcə, Paşinyanın deyil, Köçəryan və Sərkisyanın vaxtında da Ermənistan iqtidarı özünün zəiflədiyini, rəqiblərinin isə gücləndiyini görəndə, vəziyyəti xilas etmək, heç olmasa, vaxt qazanmaq üçün cəbhədə gərginlik yaratmağa başlayırlar.

Son günlər Ermənistanda baş nazir Paşinyanın reytinqi çox aşağı düşüb və ona inananların sayı sürətlə azalmaqdadır. Paşinyan bunu bildiyindən, əleyhinə olan mövcud gedişatı səngitmək üçün təmas xəttinin Qarabağ istiqamətində deyil, birbaşa dövlət sərhədində belə bir provakasiyaya əl atdı. Paşinyan hesablayırdı ki, təxribatı Qarabağ cəbhəsində törətsə, o zaman üzləşəcəyi itkilərin qarşısını heç nə ala bilməyəcəkdi.

Paşinyan Ermənistanda rəqiblərini gah həbs etdirir, gah da onları müxtəlif yollarla zərərsizləşdirir. O, guya demokratik yolla hakimiyyətə gəlib, əslində isə ölkədə öz sələfləri kimi hərbi diktatura rejimi qurub, rəqiblərini sıradan çıxarmaq yolunu tutub.

Azərbaycanın BMT Baş Məclisinin növbədənkənar ssesiyasının çağırılmasına dair təşəbbüsü, pandemiya ilə əlaqədar yürütdüyü fəal siyasət dünya çapında təqdir olunur. Bu aktivliyin qarşılığında Paşinyandan provakasiya gözləmək olardı və bunu gördük

Bu sırada ən təəccüb dğuran məqam dünya ictimaiyyətinin, xüsusilə də, ATƏT-in Minsk qrupunun Ermənistanın bu təxribatına hələ də reaksiya verməməsidir. Ermənistan sadəcə, atəşkəsi pozmayıb, o, həm də BMT Təhlükəsislik Şurasının dünyada 90 günlük atəşkəs haqqında tövsiyəsini də tapdalayıb”.

Səxavət Məmməd

www.yenicag.az

1257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv