Ermənistan Baş naziri Nikol Paşinyan ordunu, xüsusi xidmət orqanlarını təmizləyəcəyi ilə bağlı dəfələrlə bəyanatlar verib.
Ona görə də həm orduda, həm də xüsusi xidmət orqanlarında ABŞ və digər ölkələrin nüməyəndələrini oturdub. Bundan əlavə, orduda kifayət qədər həbslərin olduğunun da şahidi olmuşuq. Hazırda Ermənistanın müdafiə naziri Suren Papikyan hədəfdədir. Ermənistan mediası və bəzi bloqerlər Suren Papikyanı didik-didik araşdırır. Papikyanın keçmişinin qaranlıq olması və bəzi görüşləri suallar yaradır.
İddialardan biri budur ki, Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın 2012-ci ildə əcnəbilərlə gizli görüşü onun həbsi ilə nəticələnə bilər. Erməni mətbuat orqanlarında yayılmış məlumatlara əsasən, Ermənistan Respublikasının müdafiə naziri Suren Rafikoviç Papikyan 2012-ci ildə bir neçə erməni milliyyətli şəxsdən ibarət turist qrupu ilə birlikdə Türkiyə ərazisinə səfər zamanı tarixi məkanlarla tanışlıq adı ilə Qars şəhərinə yollanıb. Suren Papikyan səfər zamanı 3-4 saat müddətinə qrupun digər üzvlərindən ayrılaraq Qars şəhərində fəaliyyət göstərən “Grand Ani” adlı oteldə xarici diplomatik nümayəndəliyin əməkdaşları ilə görüş keçirib. Görüşdən əvvəl narahatlıq keçirən Papikyan bu barədə onunla birgə səfər etmiş tanışı, hazırda İrəvan Dövlət Universitetində çalışan Tiqran Rubenoviç Yepremyana məlumat verib. Papikyan pasportunu və telefonunu saxlamaq üçün ona verib və bu barədə heç kimə bildirməməyi xahiş edib.
Məlumatın mətbuata T. Yepremyanın Rusiyada yaşayan tanışı vasitəsilə sızıdırıldığı ehtimal olunur. Belə ki, son zamanlar Suren Papikyanla Tiqran Yepremyan arasında münasibətlərin soyuqlaşdığı qeyd olunur. İddia olunur ki, Papikyan görüş zamanı gələcəkdə onun yüksək post tutması ilə bağlı təklif alıb və o da xarici ölkələrin xüsusi xidmət orqanları qarşısında öhdəlik götürüb. Ermənistan Azərbaycan arasında sülh danışıqları getdiyi, tərəfləri bir-birinə müsbət mesajlar ötürdüyü zamanda Papikyanın şərti sərhədi “cəbhə xətti” adlandırması da müəyyən suallar yaradır.Papikyanın siyasi xəttə uyğun olmayaraq addımları onu deməyə əsas verir ki, Paşinyan onunla bağlı ölçü götürə bilər. Papikyanın nəinki vəzifədən azad olunması, hətta həbs olunması ehtimalı da yüksək göstərilir.
Səxavət Məmməd