!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın “TEZLİYİ”: “Haqsız olduqda heç bir mövqeni əsaslandırmaq mümkün deyil” - Yusif Bağırzadə

!Reklam – Yazi

“Paşinyanın son müsahibələrində səsləndirdiyi fikirlər onun danışıqlara hazır olmadığını göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin həllində tutduğu haqsız və ədalətsiz mövqeyini, eyni zamanda, onun BBC-yə son müsahibəsində təkrarladığı “Qarabağ Ermənistandır” ifadəsinin danışıqların bərpasının mümkünlüyünə təsirlərini dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadənin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı yürütdüyü siyasətin beynəlxalq hüquqa və ədalət prinsiplərinə zidd olması işğalçı ölkənin rəhbərliyinə öz haqsız mövqeyini əsaslandırmağa imkan vermir:

“Ermənistanın oyuncaq baş naziri Nikol Paşinyan  BBC telekanalına verdiyi son müsahibəsində jurnalistin iki əsas sualına cavab verə bilmədi. Jurnalist bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində sözügedən ərazilərin Azərbaycana məxsusluğu öz əksini tapıb.

Digər sual isə döyüşlər Ermənistan ərazisinə keçərsə, buna Rusiyanın münasibətinin necə olacağı ilə bağlı idi. Paşinyan qeyd olunan suallara cavab verməkdən yayınaraq ümumi şəkildə bildirdi ki, həmin torpaqlar guya ermənilərə məxsusdur.

Əslində, Paşinyanın o suallara tutarlı cavab vermək üçün arqumenti olsaydı, bu imkanı qaçırmazdı. Ancaq onun özü də bilir ki, istər tarix, istərsə də beynəlxalq hüquq baxımından, Ermənistan haqsız durumdadır. Haqsız və ədalətsiz olduqda isə heç bir mövqeni əsaslandırmaq mümkün deyil.

Ötən gün mətbuatda başqa bir məlumat da yayıldı ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar güzəştlərə hazırdır. Bu çıxış Paşinyanın vəziyyətini daha da ağırlaşdırıb.

Paşinyanın BBC-yə müsahibəsi onun hər zaman olduğu kimi yenə də saxtakar mövqeyində qaldığını göstərir. Ona görə də Paşinyanın son müsahibələrində səsləndirdiyi məlum fikirlər danışıqlar üçün hər hansı perspektivin olmadığını təsdiqləyir”.

Gülşən Şərif 

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv