Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində mitinqlərə qoyulan qadağa yenidən uzadılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət mediası aprelin 1-də məlumat yayıb..
Məlumata görə, Bişkekin Pervomayski Rayon Məhkəməsi Pervomayski Akimiliyinin martın 28-də “dinc toplantıların keçirilməsi üçün yerin məhdudlaşdırılması haqqında” qərarının qanuni tanınması ilə bağlı ərizəsini təmin edib.
Dinc toplantılara qoyulan qadağa iyunun 30-dək uzadılıb. Ala-Too meydanında və ona bitişik Erkindik bulvarında Lineinaya küçəsindən Çuy prospektinə qədər, o cümlədən Joqorku Keneş binalarının və ona bitişik Panfilov parkının, Prezident Administrasiyasının, Ali Məhkəmə, Rusiya səfirliyi, Milli Təhlükəsizlik Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi yaxınlığında, Tattıbubu Tursunbayeva meydanının ərazisində, mitinqlərin keçirilməsi qadağandır.
İstisna Ala-Too meydanında keçirilən dövlət və bələdiyyə rəsmi tədbirləridir.
Etiraz aksiyaları hələlik yalnız Maksim Qorki parkında, Rıskulov və İsanov küçələrinin kəsişməsində keçirilə bilər.
Bişkekin mərkəzində mitinqlərin keçirilməsinə qadağa 2022-ci ilin martından qüvvədədir.
Yenicag.az
www.yenicag.az