Paytaxtda şübhəli qadın görüntüləri: Şəkil çəkdi, video göndərdi, sonra... - VİDEO

media-hightechnic-468x90

Gecə saat 3 radələrində paytaxtın məhəllələrindən birində baş verən qəribə hadisə sakinləri təşvişə salıb.

Yenicag.az xəbər verir ki, jurnalist Gülnar Nazimqızının sosial şəbəkədə paylaşdığı görüntülərdə naməlum qadının şübhəli davranışları və gecə vaxtı torpağı eşələməsi ciddi suallar yaradıb.

Hadisənin şahidi olan şəxs gördüklərini mobil telefonla qeydə alaraq baş verənləri anba-an danışıb. O bildirib ki, gecə qəfil gələn səsə oyanaraq pəncərədən baxıb və qarşı tərəfdə bir qadının qeyri-adi hərəkətlər etdiyini görüb:

“Gecə saat 3 idi. Səsə ayıldım və bir müddət müşahidə etdim. Qadın sanki kimsə ilə onlayn əlaqədə idi və qarşı tərəfdəki şəxsin dediklərini icra edirdi. Əvvəlcə həmin yerin şəkillərini çəkib göndərdi, sonra videoya keçdi”, – deyə şahid qeyd edib.

Vəziyyətin getdikcə şübhəli xarakter aldığını görən sakin qadına səslənmək qərarına gəlib: “Dözə bilmədim, pəncərəni açıb soruşdum ki, “ay xanım, sizə nə lazımdır?” O isə mənə soyuqqanlı şəkildə “Burada King Market var?” deyə sual verdi. Eləcə baxa-baxa qaldım”.

Bu sualdan sonra qadının ərazidən uzaqlaşdığını, lakin az sonra yenidən qayıtdığını deyən sakin hadisənin davamını belə nəql edib: “Təxminən 20 dəqiqə sonra yenidən qayıtdı və bu dəfə torpağı eşələməyə, qazmağa başladı. Açığı, market torpağın altındadır, yoxsa başqa bir niyyəti var idi bilmirəm. Amma çox narahat oldum”.

Sakin bildirir ki, qadının gecə vaxtı tanımadığı ərazidə koordinatlarla hərəkət etməsi və torpaqda nəsə axtarması adi hal deyil. Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparması vacib hesab olunur.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05