!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtımızın “çirkli” havası: “Şəhərin yol relyefi o qədər zəifdir ki...” - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Bakıda havanın dəm qazı səviyyəsi normadan artıqdır.

Azərbaycandan ərazisinə görə qat-qat böyük olan ölkələrdə hava təmizdirsə, paytaxtımızda niyə vəziyyət fərqlidir? Ekoloji çirklənmənin qarşısını necə almaq olar?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ekoloq İslam Mustafayev bildirib ki, avtomobil yanacaqlarının rolu çox böyükdür:

“Bundan əlavə, maşınlar çox köhnədir. Benzinlərin keyfiyyəti avro standartlara uyğun deyil. Yolların relyefi hamardır. Tıxaclar həddən artıq çoxdur. Köhnə avtomobillər gətirilməsə, havanın çirklilik səviyyəsi az da olsa, düzələr”

İ. Mustafayev paytaxt yollarının da çox problemli olduğunu vurğulayıb:

“Yollar çox uzundur, amma azdır. Məsələn, Vaşinqtonda, Kopenhagendə və s. xarici şəhərlərdə hər hektara düşən yolun uzunluğu Bakıya düşən yoldan qat-qat uzundur. Əhmədlidən şəhərin mərkəzinə gəlmək üçün cəmi 3-4 yol var.

Lakin 10 yol olmalıdır. Buna görə də maşınlar tıxacda yubanır və havaya qaz buraxır. Beş kilometrlik məsafəyə 40 dəqiqəyə çatırsan, əslində isə, 10 dəqiqədən artıq çəkməməlidir. Biri var mühərrik 10 dəqiqə işləsin, biri var 1 saat”.

Şahanə Paşa

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv