Paytaxtın iki ünvanında təmir işləri aparılacaq - Sürücülərin nəzərinə!

media-hightechnic-468x90

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır (tam bağlanma nəzərdə tutulmur). 

Bu barədə Yenicag.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qismən məhdudlaşacaq yollar:

– 07 sentyabr 2025-ci il tarixindən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində;

-07 sentyabr 2025-ci il, saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində).

“Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur. Yaranan müvəqqəti narahatlığa görə üzr istəyir, anlayışınız üçün təşəkkür edirik”, – məlumatda qeyd olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa