Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.
Əməliyyat-axtarış tədbiri nəticəsində Cahid Mikayıl oğlu Novruzova məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az