Pensiyaçılara şad xəbər

media-hightechnic-468x90

1364552825_0320.1000x800Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

Bu barədə Fondun sədri Elman Mehdiyev bildirib. Onun sözlərinə görə, DSMF-in mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə dekabr ayının 7-si, respublikanın digər rayon və şəhərləri üzrə isə dekabr ayının 15-i tarixində tam yekunlaşıb. “Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər bütün pensiyaçılar qabaqcadan öz pensiyalarını ala biləcəklər”.

Bu gün Elman Mehdiyev Qəbələ şəhərində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Görüş zamanı əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.

media-ziraat-728x90

Pensiyaçılara şad xəbər

media-hightechnic-468x90

57141Avqust ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi avqust ayının 21-i tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.

Ümumilikdə bu ilin 7 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 7 ay ərzində Fondun gəlirləri 1660,0 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz və ya 125,6 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 975,7 milyon manata çatıb. Bu daxilolmaların 63,7 faizi və ya 622,0 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,6 faiz və ya 69,7 milyon manat çoxdur.
2014-cü ilin 7 ayı ərzində Fondun xərcləri 1658,8 milyon manat olub və bunun 98,2 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, ölkəmizdə müasir sığorta-pensiya sisteminin fəaliyyəti dövründə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Nəticədə 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, hazırda bu rəqəm 172,2 manata çatıb.

2014-cü ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 mln. 284 min 974 nəfər təşkil edib. Onların 61,1 faizini yaşa görə, 28,1 faizini əlilliyə görə, 10,8 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600