Pentaqon İŞİD və Rusiyanı eyniləşdirdi

media-hightechnic-468x90

100594_res_01ABŞ Müdafiə Nazirliyi ölkənin 2015-ci ilə dair milli hərbi strategiyasını açıqlayıb

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, Pentaqon ölkənin üzləşdiyi əsas hərbi təhdid olaraq İŞİD-i və Rusiyanı göstərir. Sənəddə göstərilir ki, Moskva beynəlxalq normaları pozur və regional stabilliyə zərbə vurur. Hərçənd Rusiya narkotiklər və beynəlxalq terrorçuluqla mübarizəyə töhfə verib, ancaq eyni zamanda dəfələrlə nümayiş etdirib ki, öz məqsədlərinə çatmaq üçün hərbi güc tətbiq etməyə hazırdır.

Doğrudur, Pentaqon bildirir ki, hələlik Rusiya ABŞ-a birbaşa hərbi təhdid yaratmır, əsas təhdid İŞİD-dir. Bununla belə ABŞ Rusiyanın getdikcə artan təftişçi siyasətindən narahatdır. Pentaqon habelə İran, Şimali Koreya və Çinin də təftişçi siyasət yürütdüyünü, lakin həmin ölkələrin ABŞ-a hərbi təhdid yaratmadığını qeyd edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600