!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peşə təhsilində qiyabi, yoxsa əyani forma? - Təhsil ekspertindən AÇIQLAMA

!Reklam – Yazi

“Qiyabi təhsil formasının olmaması bu sahədə təlsil alan şəxslərin daha ixtisaslı kadr kimi formalaşmasına hesabanıb”.

Bu fikirləri peşə təhsili müəssisələrində qiyabi təhsil formasının ləğvini dəyərləndirən təhsil üzrə ekspert Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əvvəlki illər üzrə də peşə təhsilində qiyabi formada tədris müşahidə olunmayıb.

“2022-2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparıldı. Bu yerlərin heç biri qiyabi deyildi. Əvvəlki illərdə qiyabi peşə təhsili üzrə qərar verilsə də, yeni qərara əsasən həmin təhsil forması ləğv olunur.

Ümumiyyətlə, bu sahədə qiyabi təhsilin olması düzgün hesab edilmir. Çünki peşə təhsilinin əyani təcrübə əsasında öyrənilməsi vacibdir. Bu nöqteyi-nəzərdən verilən yeni qərar müvafiq olaraq əvvəlki dövrə aid olan qiyabi peşə təhsilinin ləğvini nəzərdə tutur.

Qiyabi təhsil formasının olmaması bu sahədə təlsil alan şəxslərin daha ixtisaslı kadr kimi formalaşmasına hesablanıb.

Qeyd etmək lazımdır ki, son illərdə peşə təhsilinə qiyabi formada qəbul halı müşahidə edilməyib, bu, yalnız əyani formada həyata keçirilib”.

Yusif Səmədzadə

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv