Reklam: High Technic
hightechnic

Peskov: “Gec-tez Rusiya və ABŞ münasibətləri normallaşacaq”

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Rusiya və ABŞ münasibətlərinin normallaşdırılması perspektivini qeyd edib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə D.Peskov CNN telekanalına müsahibəsində bildirib.

“Gəlin məsələyə bir gün, bir ay və hətta bir ilin prizmasından yanaşmayaq. Biraz geniş düşünək. Misal üçün, çinli dostlarımız kimi. Onlar hər şeyi on illərlə, yüz illərlə əvvəl ölçüb-biçir, götür-qoy edirlər. Əminəm ki, gec-tez Rusiya və ABŞ münasibətləri normallaşacaq. Bu qaçılmazdır”, – deyə D.Peskov vurğulayıb.

Yeniçağ.Az

www.yenicag.az

95