!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peskov Paşinyanın KTMT bəyanatına cavab verdi: “Rusiya Ermənistanla təmasları davam etdirəcək”

!Reklam – Yazi

Rusiya Ermənistanla münasibətlərində münasibətlərin müttəfiqlik və tərəfdaşlıq xarakteri daşıyacağını gözləyir.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Belarusla bağlı bəyanatlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, hər bir ölkə öz prioritetlərini müəyyən edir. “Bizim prioritetlərimiz yaxşı başa düşülür, biz onları ardıcıl olaraq müdafiə edirik, həmçinin təhlükəsizlik, kollektiv təhlükəsizlik sahəsində bu prioritetləri [KTMT] üzvü olan ölkələr bizimlə bölüşür”, – Peskov qeyd edib.

“Biz Ermənistan tərəfi ilə təmaslarımızı davam etdirəcəyik, əlaqələrimizin müttəfiqlik, tərəfdaşlıq xarakterini üstünlük təşkil edəcəyini gözləyirik”, – o əlavə edib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “növbəti məntiqi addımın KTMT-dən çıxmaq olacağını” bildirmişdi. “Bir ay, bir il və ya üç ildən sonra olacağına qərar verəcəyik”, – deyə o, parlamentdə çıxış edərkən deyib.

Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin KTMT-dən çıxması ilə bağlı məlumatları təkzib edib.

“Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, Ermənistanın baş naziri dedi ki, nə vaxt çıxacağımıza qərar verəcəyik, amma geri dönməyəcəyik”, – deyə o bildirib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv