“Prezident Putin, şübhəsiz ki, ölkəmizdə bir nömrəli siyasətçi və dövlət xadimidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi jurnalistlərlə söhbətində bildirib. Peskov Rusiya prezidenti Vladimir Putinin yeni müddətə namizəd olmaq qərarı ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
O, Putini Rusiyanın “bir nömrəli” siyasətçisi adlandırıb.
“Biz dəfələrlə demişik ki, prezident Putin əlbəttə ki, siyasətçidir, ölkəmizdə bir nömrəli dövlət xadimidir.
Mənim şəxsi fikrim, danışmaq hüququm az olsa da, qaydaları pozaraq deyə bilərəm ki, onun Rusiya Federasiyasında heç bir rəqibi yoxdur və ola bilməz”, – Kremlin rəsmi nümayəndəsi deyib.
Xuraman Etibarlı
www.yenicag.az