Peskovdan “amerikalı dostlar” açıqlaması
Rusiya Ukrayna üzrə dialoq üçün gələn amerikalı danışıqçıları görməyə hər zaman şaddır və onları hətta sabah qəbul etməyə hazırdır.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”a şərhində deyib.
Stiv Uitkoff və Cared Kuşnerin Rusiyaya yeni səfərinin mümkünlüyü barədə danışan Peskov amerikalı nümayəndələrlə görüşün həftənin sonuna qədər baş tutub-tutmayacağı barədə suala cavab verib: “Bu görüş hətta sabah baş tuta bilər. Biz amerikalı dostlarımızı burada görməyə hər zaman şaddırıq”.













