Reklam: High Technic
hightechnic

PKK dörd şəhərə eyni anda hücum etdi

pkk.20150228162615Türkiyənin Van, Bitlis, Hakkari və Diyarbəkir şəhərlərində  polis idarələrinə PKK terorçuları hücum edib.

Yenicag.az xəbər verir ki, hücumlar zamanı 2 nəfər ölüb. Qeyd edək ki, Van şəhərində baş verən silahlı hücuma dərhal qarşılıq verilib. Digər sözügedən şəhərlərdə də bənzər hücumların qarşısı alınıb. Diyarbəkirdə kimliyi bəlli olmayan 2 qadın atışma zamanı yaralanıb.

Bildirək ki, PKK silahlılarının xain hücumlarının ardı-arası kəsilmir. Artıq onlarla əsgər və polis əməkdaşları bu və ya digər formada silahlı hücumlar zamanı həlak olur.

www.yenicag.az

70