Siciliya adasının (İtaliya) paytaxtı Palermo şəhərinin rəhbərliyi PKK lideri Abdullah Öcalana fəxri vətəndaşlıq verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Palermo bələdiyyəsində xüsusi mərasim təşkil olunub.
Bələdiyyə sədri Leoluca Orlando fəxri vətəndaşlıq sənədini Öcalanın vəkili Ebru Günaya təqdim edib.
Orlando çıxışı zamanı kürd xalqının öz torpaqlarına sahib olma haqqını tanıdıqlarını bildirib: «Abdullah Öcalana təşəkkür edirik. Kürd xalqının haqlı iddialarını siyasi səhnəyə çıxararaq barış mərhələsinin memarı oldu».
Leoluca Orlando Öcalanın həbsxanada saxlanma şəraitini də tənqid edib: «17 ildir ağır şəraitdə saxlanılır. Bu, kürd probleminin sülh yolu ilə çözülməsinə maneə törədir».
www.yenicag.az