PKK terror təşkilatından xain hücum: Türkmən lideri öldürüldü

media-hightechnic-468x90

PKK terror təşkilatı İraqın Süleymaniyyə bölgəsində türkmən lideri Hüseyn Bayatlıya hücum edib.

Yenicag.az xəbər verir ki, Hüseyn Bayatlı Süleymaniyyə yaxınlığındakı Kifridə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən terror hücumunda həlak olub.

Türkmən Bayat tayfasının lideri Hüseyn Bayatlı Kifridə təşkil edilən dəfn mərasimi ilə son mənzilə yola salınıb. Savaşçı kimliyi ilə tanınan və Atarürk heyranı olan Hüseyn Bayatlının dəfn mərasiminə İraq Türkmən Cəbhəsi lideri Həsən Turan və çoxlu sayda insan qatılıb.

Bu arada Hüseyn Bayatlının cənazəsinin türkmənlər üçün “intiqam” mənasını verən qara Türkməneli bayrağına bükülmüş şəkildə dəfn edilməsi diqqət çəkib.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600