“Planet parni iz Baku” komandasının ikigünlük “TV-yə giriş qadağandır” konserti dünən başa çatdı.
Həmişəki kimi anşlaqla keçən konsert bu dəfə tamaşaçıların yaddaşında fərqli məqamlarla qaldı. Konsertdə yeni səhnəciklərlə yanaşı, sosial problemlər, manatın devalivasiyası, bayağı müğənnilərin tənqidi xüsusi vurğulandı.
İlk dəfə olaraq, “KVN”şiklərin – Bəhram Bağırzadənin, Azər Məmmədzadənin, Cabir İmanovun övladları “Bənövşə” uşaq xoru kimi səhnəyə çıxıb, mahnı oxudular. Konsert bu dəfə ənənəvi “Məhəllə” ilə deyil, “Bostan”la başa çatdı. Konsert boyu yalnız son səhnəcikdə görünən Bəhram Bağırzadə bütün komplekslərini aşaraq, “Balqabaq” obrazını yaratdı.
Mehriban Səma
Yeniçağ.Az
www.yenicag.az