!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polad Bülbüloğlu: “İslam dinindən cin-şeytan yaradırlar”

!Reklam – Yazi

115689_res_01“Hazırda terrorçuluq və ekstremizmə süni şəkildə İslam donu geyindirməyə ardıcıl cəhdlər göstərilir. Halbuki terrorçuluq və ekstremizmin İslamla heç bir əlaqəsi yoxdur”.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu deyib.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) IV Forumunun iştirakçıları qarşısında çıxış edən səfir bildirib ki, bu gün terrorçuluq və ekstremizmin artması halları müşahidə olunur: “İslam dinindən cin-şeytan yaratmağa cəhdlər göstərilir. Halbuki belə deyil. Hamımız bilirik ki, İslam sülhə çağıran ən yeni və işıqlı dindir”.

Diplomatın sözlərinə görə, insanlar müasir dünya şərtləri çərçivəsində öz ənənəvi dəyərlərini, bəşər sivilizasiyasının minilliklər boyunca söykəndiyi ailə dəyərlərini unutmamalı və onları qorumalıdır.

“Əlbəttə, gənclər də bu problem və çağırışlarla üzləşəcəklər. Ona görə də dünyada baş verən kataklizmlərin basqısı altında əzilmək istəməyən xalqlar və ölkələr gənclərin formalaşmasına lazımi qədər diqqət yetirməlidir” deyə P.Bülbüloğlu əlavə edib.

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv