Reklam: High Technic
hightechnic

Polad Bülbüoğlu YUNESKO-nun baş direktoru ola bilər

Reklam: Sinerji Pro

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüoğlu Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizəd olub.

Bülbüloğlunun namizədliyini Azərbaycan rəsmən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edib.

Seçkilər bu ilin payızında keçiriləcək.

YUNESKO-da Azərbaycan missiyasının rəhbəri olan Anar Kərimovun sözlərinə görə, İcraiyyə Şurasına namizədin bioqrafiyası təqdim edilib.

Qeyd edək ki, YUNESKO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyət müddəti bu il başa çatır. O, 2009-cu ildən bu vəzifəni icra edir, 2013-cü ildə ikinci dəfə baş direktor seçilib.

Yeniçağ.az

www.yenicag.az

82