Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Yenicag.az-a nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.