Polis Azərbaycan Ordusu ilə bağlı “TikTok”da yalan məlumatlar yayan şəxsi saxladı

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbirlər görür.

media-banner_tkm

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, davam etdirilən tədbirlərlə “TikTok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü Pərviz Vüqar oğlu İbrahimli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05