!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisə müqavimət göstərən yeniyetmə xəsarət aldı

!Reklam – Yazi

Martın 13-də Saatlı rayonunda bir qrup şəxsin magistral yolu bağlamaq cəhdinin qarşısı alınarkən 15 yaşlı yeniyetmə xəsarət alıb.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Nizam Həmidov Oxu.az-a açıqlamasında qeyd olunan hadisə zamanı bir qrup şəxsin polisin qanuni tələbinə əməl etməyərək, ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdirdiyini bildirib.

“Bundan sonra polis əvvəlcədən xəbərdarlıq etməklə xüsusi vasitələr tətbiq edərək, onların cəhdinin qarşısını alıb. Bu zaman polisə müqavimət göstərənlər arasında olan 15 yaşlı şəxs də xəsarət alıb. Onun xəsarət almasında məsuliyyəti məhz onu qanunsuz aksiyaya cəlb edən şəxs daşıyır.

Araşdırma zamanı gənci qanunsuz aksiyaya cəlb edən şəxs barəsində də qanunamüvafiq tədbir görüləcəkdir”, – DİN rəsmisi vurğulayıb.

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv