Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Polisi döyən deputat DİLƏ GƏLDİ: “Səbəb və səbəbkarlara da…”

“Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmağım susmağımın səbəblərindən biridir”.

Yenicag.az xəbər verir ki, bunu bir neçə gün öncə polisi döyməsi ilə gündəmdən düşməyən deputat Eldəniz Səlimov deyib.

O, polisi həqiqətən döyməsini etiraf etməklə yanaşı, bu vəziyyətə şərait yaradan səbəbkarların da araşdırılmasını tələb edib:

“Sosial şəbəkələrdə haqqımda gedən fikir və açıqlamalardan məlumatlıyam. Jurnalist marağının peşə fəaliyyəti ilə bağlı olduğunu anlayışla qarşılayıram. Bunu da bilirəm ki, insaniyyətlik və həssaslıq göstərib şəxsimlə maraqlananlar da var. Açığını deyim, təkcə ona görə susmadım ki, deməyə sözüm yoxdur.

Sadəcə, hörmətli həmkarlarımı və məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarımın təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gündə susdum. Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmağım susmağımın səbəblərindən biridir.

Bu səhvimə görə ilk növbədə Möhtərəm Prezident Cənab İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, İstintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək”.

Gülşən Şərif

 

www.yenicag.az

1242
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100