!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Politoloqdan ŞOK AÇIQLAMA: Londondakı səfirliyimizə hücumun arxasında Rusiya var?

!Reklam – Yazi

“Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini dəstənin hücumunun arxasında Rusiyanın xüsusi xidmət orqanları da dura bilər”.

Yenicag.az xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva sosial media hesabında yazıb.

O qeyd eidb ki, həmin qrupa həm də Suriyanın və Bəşər Əsədə yaxın çevrələrin də təsiri var:

“Bu radikal qrupun istər Yaxın Şərq , istərsə də Avropadakı fəaliyyəti həmişə Bəşər Əsədə yaxın çevrələrin maraqları ilə sinxronluq təşkil edib.
44 günlük Vətən müharibəsi ərəfəsində də Azərbaycana qarşı bir neçə dəfə Rusiya xüsusi xidmət orqaları tərəfindən məhz Bəşər Əsəd hökümətinə yaxın qrupların istifadəsi epizodları olmuşdu.

Londonda səfirliyimizə hücum planının da onların vasitəsilə gerçəkləşdirməsi mümkündür.

Rusiya bu addımla həm İran-Azərbaycan münasibətlərinə, həm də Britaniya ilə əlaqələrimizə zərbə vurmağı, qarşılıqlı etimadsızlığı formalaşdırmağı hədəfləyə bilər.

Keçən ay Bakıda Azərbaycan Prezidentinin Avropa Kommissarı ilə birğə imzaladığı memorandum Avropanın enerji təhlükəsizliyində vacib addım kimi, qısa müddətli hesabda Rusiyanın Ukrayna mövzusunda təsir rıçaqlarının azaldılmasında, uzunmüddətli hesabda isə Avropanı enerji mövzusunda şantaj imkanlarının azaldılmasında vacib addımdır.

Diğər tərəfdən, regiondakı mövcud və yeni kommunikasiyaların marşrutların inkişafı birbaşa Rusiyadan yan keçməklə həyata keçirilir.
Bundan başqa, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə son olaylar fonunda Moskva bu təxribatı təşkil etməklə diqqəti Qarabağdan yayındırır.

Digər tərəfdən də, Azərbaycanda məhərrəm ayı ərəfəsi aktiv olacaq dini kəsimdə şiə-sünni gərginliyi yaratmaq hədəflənir, bununla da Azərbaycan üçün yeni gərginlik ocağlı təşkil edilir”.

www.yenicag.az

878
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv