Polşa hökumətində vitrin dəyişikliyi – Komanda YENİLƏNDİ

media-hightechnic-468x90

Polşanın Baş naziri Donald TuskUn rəhbərlik etdiyi “Vətəndaş Koalisiyası” hökumətində ciddi kabinet dəyişikliyi aparılıb.

Yenicag.az xəbər verir ki, Yeni qərara əsasən, hökumətdə 9 nazir dəyişdirilib və enerji ilə iqtisadiyyat sahələrini əhatə edən iki yeni nazirlik yaradılıb.

Baş nazir Tusk keçirdiyi mətbuat konfransında bildirib ki, bu dəyişikliklər sadəcə bir “reklam kampaniyası” deyil, hökumətin səmərəliliyini artırmaq və güclü iqtisadi mərkəz yaratmaq məqsədi daşıyır.

“Hökumətimizin əsas prioritetləri sabitlik, təhlükəsizlik və gələcək olmalıdır” – deyə Tusk bildirib.

O, həmçinin ölkənin şərq sərhədində Rusiyadan və Belarusdan gələn xarici təhdidlərə, eləcə də Rusiyanın daxili təxribatlarına qarşı tədbirlərin davam edəcəyini vurğulayıb.

Tusk qeyd edib ki, bu dəyişikliklər Polşanın hazırda dünyanın 20-ci ən böyük iqtisadiyyatı və regionda önəmli gücə çevrildiyi bir dönəmdə həyata keçirilir. O, siyasi qütbləşməyə və toxunulmazlıq anlayışına son verilməsi zərurətini vurğulayaraq, koalisiya üzvlərinin bunu anlamalı olduğunu deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600