!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polşa kəşfiyyatından ŞOK: Rusiya ordusu bu şəhərə girəcək

!Reklam – Yazi

“Bizdə olan çox önəmli məlumatlara əsasən, Rusiya hakimiyyəti çox yaxında “Baltikyanı ölkələrdən birinə qarşı mini əməliyyat keçirməyi”, məsələn, Narva şəhərinə daxil olmağı və ya “İsveç adalarından birinə enməyi” planlaşdırır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Polşa Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəhbəri, general Yaroslav Strujik söyləyib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti yaxın gələcəkdə Estoniyanın Narva şəhərindən əlavə, İsveçin Qotland adasına da hərbi müdaxilə planı hazırlayır.

Qeyd edək ki, sözügedən iddiaları Almaniya Federal Kəşfiyyat Xidməti – “Bundesnachrichtendienst” də təsdiqləyib.

“Baltikyanı dövlətləri NATO-nun hazırda ən zəif halqasıdır. Çünki Rusiya Leninqrad və Moskva hərbi dairələrini yaratdıqdan sonra orada yeni hərbi genişlənmə həyat keçirir. Rusiyanın Belarusla birlikdə taktiki nüvə təlimləri də onu göstərir ki, Rusiya Ukraynadan sonra bütün diqqətini Baltikyanı bölgəyə yönəldəcək.

Baltikyanı ölkələri həm əhali, həm ərazi və iqtisadi resurs baxımından Rusiyaya müqavimət imkanları zəifdir. Buna görə də NATO bu istiqamətə diqqətini artırmalıdır”, – deyə qeyd edilib.

Rafi Müslümov

www.yenicag.az

100
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv