!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Polşada yaşayan tatarların mədəni irsinin qorunması - Fonddan dəstək / FOTOLAR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Polşa səfəri davam edir. Fondun prezidenti tatarların sıx məskunlaşdığı Polşanın Belostok şəhərini, eləcə də Sokoliki və Bohoniki bölgələrini ziyarət edib.

Türk Mədəniyyəti və İrsi Fondundan Yenicag.az-a bildirilib ki, Günay Əfəndiyeva səfər çərçivəsində Polşanın Baş müftisi Tomasz Miskievicz, Belostok şəhərinin meri Tadeusz Truskolaski, Sokoliki Yerli Parlamentinin sədri Piotr Karol Bujvicki ilə görüşüb. Görüşlərdə türk kökənli milli azlıqların – altı əsrdən çox Polşa ərazisində yaşayaraq öz milli mənsubiyyətlərini qoruyub saxlayan tatarların zəngin irsinin beynəlxalq aləmdə təbliği, onların mədəniyyətinin, tarixinin qorunması ilə bağlı məsələlər müzakirə edilib.

Günay Əfəndiyeva türk xalqlarının qədim mədəni dəyərlərinin mühafizəsinin və gələcək nəsillərə ötürülməsinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu bildirib.

Keçirilən görüşlərdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova da iştirak edib.

Daha sonra Günay Əfəndiyeva Belostok şəhərində tatarlara məxsus olan məscid və qəbiristanlığı ziyarət edib. Sokoliki bölgəsində yerləşən tatarların regional muzeyi ilə tanış olan Fondun prezidentinə, onların tarixi və adət-ənənələri ilə bağlı məlumat verilib.

Həmçinin Tatar icmasının nümayəndələri tərəfindən konsert proqramı təqdim edilib. Onların ifasında tatar mahnıları səsləndirilib, milli rəqslər nümayiş olunub.

www.yenicag.az

91
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100