Poroşenko dəlilləri təqdim etdi

media-hightechnic-468x90

a9001b95d0c9b9318fff81be17ed0da9Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya hərbçilərinin Donbasdakı münaqişədə iştirakını təsdiqləyən dəlilləri dünya liderlərinə təqdim edib.
Yenicag.az apa-ya istinadən bildirir ki, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya hərbçilərinin pasport və hərbi biletlərini forum iştirakçılarına nümayiş etdirib.
“Mən Ukraynaya gələn Rusiya əsgərlərinin, zabitlərinin pasport və hərbi biletlərini özümlə gətirmişəm. Düşünürəm ki, bu Rusiyanın təcavüzkarlığının və Rusiya qoşunlarının Ukraynada iştirakının ən tutarlı sübutudur” deyə Poroşenko qeyd edib.
Ukraynanın baş naziri Arseni Yatsenyuk, öz növbəsində, həmçinin ölkə ərazisində Rusiyanın nizami qoşunlarının olduğunu bəyan edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600