Poroşenko: “Rusiya Ukrayna ilə sərhədə rekord sayda əsgər yığıb”

media-hightechnic-468x90

img1766960Pyotr Poroşenko ölkə kanallarından birinə verdiyi müsahibədə Rusiyanın Ukrayna sərhədinə rekord həddə əsgər yığdığını bildirib.

media-banner_tkm

Yenicag.az avropa.info xəbər verir ki, Poroşenko bu məlumatları kəşfiyyat vasitəsilə əldə etdiklərini deyib. Poroşenko:

“Ukrayna sərhədində Rusiya SQ-nin rekord səviyyədə əsgər toplamasına dair kəşfiyyat məlumatı almışıq. Bu təkcə kəşfiyyat məlumatı deyil, NATO, ABŞ və AB mənbələri də bunu təsdiq edir”.

Poroşenko Ukrayna ordusunun döyüş hazırlığını kifayət qədər artırdığını, əsgərlərin psixoloji vəziyyətinin yuxarı səviyyədə olduğunu bildirib. Hal-hazırda ölkənin şərqində 64 min nəfər Ukrayna əsgəri xidmət edir. Bundan əlavə Milli Qvardiya və təhlükəsizlik orqanları da fəaliyyətdədir.

Ukraynanın sahib olduğu hərbi güclə istənilən hücumu geri oturtmağa qadir olduğunu deyən Poroşenko heç bir xarici təzyiqi qəbul etməyəcəklərini bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05