!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident bir sıra görüşlər keçirdi - YENİLƏNİR

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Yenicag.az xəbər verir ki, söhbət zamanı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq və harmoniya şəraitində yaşamaları məmnunluqla qeyd olundu.

Dövlətimizin başçısı vurğuladı ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, eyni zamanda, bizim həyat tərzimizdir.

Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycanda ikinci Katolik kilsəsinin layihələndirilməsi və tikilməsi prosesinə görə təşəkkürünü bildirdi. Bu, ölkəmizdə multikulturalizmə və dinlərarası dialoqa verilən töhfənin nümunəsi kimi dəyərləndirildi.

Prezident İlham Əliyev qədim xristian irsi olan Alban irsinin də Azərbaycanda dövlət tərəfindən qorunduğu dedi və ölkəmizin ən erkən və qədim xristian icmalarının yaşadığı məkan olduğunu vurğuladı.

Görüşdə Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Vatikanda və dünyanın müxtəlif regionlarında xristian irsinin bərpasına verdiyi töhfə yüksək qiymətləndirildi.

Azərbaycan ilə Vatikan arasında əlaqələrdən məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Andjey Dudaya minnətdarlığını bildirdi. Polşa Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Andjey Dudanın ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu dedi.

Andjey Duda COP29-a dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı təbriklərini çatdırdı.

Söhbət zamanı qlobal iqlim gündəliyinin vacibliyi qeyd olundu.

Polşa ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə edildi.

Azərbaycanda olan Polşa irsi, həmçinin polyak memarların Bakı şəhərində müxtəlif abidələrin memarlığında iştirakı məsələsi də qeyd olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.

Yenicag.az xəbər verir ki, COP29 tədbirinə dəvətə görə minnətdarlığını ifadə edən Petr Fiala Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu bildirdi. Çex Respublikasının Baş naziri COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı dövlətimizin başçısını təbrik etdi. O, COP miqyasında tədbirin belə bir qısa müddətdə təşkil edilməsinin heç də asan olmadığını vurğuladı.

Qonaq qeyd etdi ki, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyətini əks etdirən çox gözəl təqdimat nümayiş olunub.

Dövlətimizin başçısı Azərbaycan tərəfindən COP29-a hazırlıq tədbirlərinin qısa müddət ərzində yüksək səviyyədə həyata keçirildiyini və digər COP sədri ölkələrindən fərqli olaraq, bizim hazırlıq üçün çox az vaxtımızın olduğunu vurğuladı.

Tədbirin mahiyyəti üzrə aparılan danışıqlar prosesində artıq irəliləyişlərin əldə olunduğunu, qısa müddət ərzində gündəliyin razılaşdırıldığını deyən Prezident İlham Əliyev bu xüsusda vurğuladı ki, 10 ildən çoxdur müzakirələrin aparılmasına baxmayaraq, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı indiyədək irəliləyişlər əldə olunmamışdır. Ancaq dünən məhz Bakıda bununla əlaqədar müvafiq irəliləyişlərin olduğunu vurğulayan dövlətimizin başçısı bunu müsbət addım kimi qiymətləndirdi.

Prezident İlham Əliyev 2022-ci ildə Avropa Siyasi Birliyi çərçivəsində Çex Respublikasına səfərini məmnunluqla xatırladı.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

COP29

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv