!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident fərman imzaladı: ADA universitetində struktur dəyişikliyi olacaq

!Reklam – Yazi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bəndə “səviyyələri” sözündən sonra “və orta ixtisas təhsili” sözləri, ikinci halda “ali” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin;

1.2. 2.1-ci bəndin ikinci cümləsinə “institutlar” sözündən sonra “, kolleclər“ sözü əlavə edilsin;

1.3. 5.1.2-ci yarımbəndə “ali” sözündən sonra “və orta ixtisas” sözləri əlavə edilsin;

1.4. 5.2.1-ci yarımbənddən “üzrə üç səviyyədən ibarət” sözləri çıxarılsın və həmin bəndə “doktorantura” sözündən sonra “, habelə orta ixtisas təhsili üzrə” sözləri əlavə edilsin;

1.5. 5.5-ci bəndin birinci cümləsinə “magistratura” sözündən sonra “, habelə orta ixtisas” sözləri əlavə edilsin.

Dəyişikliyə əsasən ADA Universiteti ali təhsilin bütün səviyyələri və orta ixtisas təhsili üzrə kadr hazırlığını, ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsi olacaq.

COP29

www.yenicag.az

2235
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv