!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezident həm də informasiya savaşında Azərbaycanın üstünlüyünü təmin edib” – YZP sədri

!Reklam – Yazi

“Düşmən üzərində qəti qələbə qazanmaq üçün tək döyüş meydanında deyil, informasiya müstəvisində də fəal olmalıyıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatları fonunda prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyəti qiymətləndirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev deyib.

Musa Ağayevin sözlərinə görə, hərbi cəbhədə olduğu kimi, informasiya məkanında da ölkəmizin Ermənistandan üstünlüyü təmin edilib:

“Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları fonunda ölkəmiz əleyhinə fəaliyyət göstərən xarici dairələrin xeyli aktivləşdiyi müşahidə edilməkdədir.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, dünyanın yenidən bölüşdürülməsi siyasətinə uyğun olaraq, əks qüvvələrin şaxələnmə prosesinin dərinləşdiyini görürük. Belə bir durumda ölkədəki hərbi vəziyyət xüsusilə diqqətlə izlənir.

Bəli, ən müasir silah və hərbi texnika ilə təchiz edilmiş Ordumuz kifayət qədər güclənib, əsgərlərimiz ölkənin ərazi bütövlüyünün bərpası müasir hərb sənətinin tələbləri əsasında düşməni geri pturdurlar.

Lakin düşmənə qalib gəlməkdən ötrü sadəcə, ordunun güclənməsi yetərli deyil. Böyük qələbəmizi qazanmaq üçün biz bir neçə əsas şərtləri təmin etməliyik. Onlardan birincisi ölkədə vətənpərvərlik hissinin daim yüksək səviyyədə saxlanmasıdırsa, ikinci amil Azərbaycanı müdafiə edən strateji müttəfiqləri ilə hərtərəfli koordinasiya və informasiya savaşında üstünlüyün əldə olmağımızdır.

Bu baxımdan, prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbayana qarşı yönələn “feyk-nyus”ları ifşa etməsi mütləq qeyd olunmalıdır. Ölkə başçısı istər hərbi cəbhə, istərsə də diplomatik müstəvidə ölkəmizin üstünlüyünü təmin edib. Azərbaycan bu fonda bütün sahələr üzrə Ermənistandan üstün olduğunu təsdiqlədi. Ölkəmizin bu üstünlüyü şəraitində Ermənistanın məlum dövlətlərə yalvarması da onun zəifliyini isbatlayır”.

Gülşən Şərif

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv