Prezident Heydər Əliyevin məzarını ziyarət edib

media-hightechnic-468x90

07eacd8aea8bea6771c134ef2fe86065Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Prezident İlham Əliyev Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyub.

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində prezidentin ailə üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclis üzvləri iştirak ediblər.

Bu gün Heydər Əliyevin vəfatından 11 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600