Prezident İlham Əliyev 2 həmkarını təbrik etdi

media-hightechnic-468x90

img1847046Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə həmkarı Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

* * *

İlham Əliyev Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə bu ölkənin Prezidenti xanım Ellen Conson-Serlifə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: “Hörmətli xanım Prezident, Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı, 23 iyul 2015-ci il”.

AzərTac

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600