Prezident İraqın neft naziri ilə görüşdü

media-hightechnic-468x90

cf9c9270ea619605ed5ef2e0e537e823Prezident İlham Əliyev İraqın neft naziri Adil Əbdülmehdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Prezident əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. O, enerji sahəsində əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.

Ölkəsinin Azərbaycanla dost münasibətdə olduğunu deyən İraqın neft naziri Adil Əbdülmehdi isə əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib.

Görüşdə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraqın Neft Nazirliyi arasında imzalanan memorandumun energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600