Prezident Lukaşenko ilə görüşdü-Foto

media-hightechnic-468x90

96854“Belarus və Azərbaycan bir-birilərinə çox yaxındırlar və əlaqələrinin yaxşı fundamenti var”.

Bu sözləri Bakıda səfərdə olan dövlət başçısı Aleksandr Lukaşenko prezident İlham Əliyevlə görüşü zamanı deyib.

Belarus prezidenti Azərbaycanın Birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını bildirib: “Sizin oyunlara hazırlaşmaq üçün cəmi iki iliniz vardı. Əgər bu vaxta qədər heç nə etməsəydiniz, bu, mümkünsüz də ola bilərdi. Biz şübhə etmirdik ki, hər şey həll ediləcək, lakin bu qədər qəşəng olacağını…Bu, bizi heyrətləndirdi”.

Lukaşenko həmçinin qeyd edib ki, bu oyunların açılışına gəlməyə bilməzdi, çünki elə özü daha əvvəl Avropa qitəsində Olimpiya oyunları miqyasında bele bir oyunun keçirilməsini dilə gətirmişdi.

Prezident İlham Əliyev isə görüşdə qeyd edib ki, Azərbaycan Belarusla əlaqələrin səviyyəsini qiymətləndirir və bununla qürur duyur. Əliyev həmçinin qeyd edib ki, hər iki ölkə lideri müntəzəm dialoqu dəstəkləyir və bu da ikitərəfli münasibətlərə dinamizm verir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600