Prezident Qələbə paradına qatılmaqdan imtina edib

media-hightechnic-468x90

a3593e52ca92d69290890998fc4b7e5d (1)Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Moskvada qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirakdan imtina edən Avropa liderlərinin sırasına qoşulub.

Bu barədə Xorvatiyanın XİNA agentliyi məlumat yayıb. Zaqreb tədbirlərdə ölkənin Moskvadakı səfiri İqor Pokaz tərəfindən təmsil olunacaq.

Xatırladaq ki, daha əvvəl Almaniya, Böyük Britaniya, Niderland, Fransa, İsveç, Polşa, Litva, Latviya, Estoniya, Finlandiya, Avstriya, Bolqarıstan, Monteneqro, İsrail, Moldova liderləri Moskvadakı qələbə paradına qatılmaqdan imtina etmişdilər. Avropa İttifaqının rəhbərliyi də tədbirlərə qatılmayacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa