Prezident saxta diplomlardan gileyləndi

Oktyabrın 14-də Ali Mədəni İnqilab Şurasının iclasında çıxış edən Ruhani deyib: “Ölkənin elmi səviyyəsinin və imicinin şübhə altına salınmasına yol vermək olmaz. Hesab edirəm ki, aidiyyəti qurumlar qanunu pozanlara qarşı ciddi tədbir görməlidir”.
Ruhani ölkədə bir ingilisdilli universitetin açılmasını da vacib saydığını vurğulayıb.
Son illərdə İranda bəzi müəssisələr açıq-aşkar elanlar yayaraq istənilən ixtisas üzrə diplom işlərinin yazılması üçün sifariş qəbul etdiklərini bildirir, bunun müqabilində isə iri məbləğdə pul tələb edirlər.