Prezident yeni fərman imzaladı

media-hightechnic-468x90

thumb_ilhamserancam_272_506_907 (1)Prazident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərar alıb.

SalamNews-un məlumatına görə, qərara əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununun 11-ci maddəsinin ikinci hissəsində “pasportunun surətini” sözləri “pasportunun surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı,” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir, 3-cü hissədə “əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi” sözləri “əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları” sözləri ilə, “qəbul edən tərəfə” sözləri “müraciət edən şəxsə” sözləri ilə əvəz edilir, 6-cı hissənin birinci cümləsinə “qəbul edən tərəf” sözlərindən sonra “və ya şəxs özü” sözləri əlavə edilir və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılması barədə 8-ci hissə əlavə edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600