!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentdən Leyla Bədirbəyli və Həzi Aslanovun yubileylərinin qeyd edilməsi ilə bağlı SƏRƏNCAM

!Reklam – Yazi

Prezident İlham Əliyev Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncam Azərbaycan mədəniyyətinin inkişafına töhfələrini nəzərə alaraq, görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb.

Mədəniyyət Nazirliyi xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamda bildirilir ki, 2020-ci ilin yanvar ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin (Cavanşirovanın) anadan olmasının 100 illiyi tamam olur.

Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirmiş və layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə daim sadiq qalaraq Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı vermişdir. Aktrisa “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanmış, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirib.

****

Prezident İlham Əliyev Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki,  sərəncam gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının cəsur övladı Həzi Aslanovun anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb.

Müdafiə Nazirliyi Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamda bildirilir ki, 2020-ci ilin yanvar ayında görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyi tamam olur.

Bəşəriyyətin yaddaşına ən dağıdıcı müharibə kimi yazılmış İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə mübarizə aparılmasında və insanlığın qorxunc nasizm təhlükəsindən xilas edilməsində Azərbaycan xalqının da böyük xidmətləri vardır. 1941–1945-ci illərdə Azərbaycanın altı yüz mindən artıq övladı müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşmuş, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir.

Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

www.yenicag.az

929
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv