Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezidentə müraciət edən jurnalistdən nümunəvi addım: Öz evini şəhid ailəsinə verəcək

“Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli 2017-ci ildə prezidentin hədiyyə etdiyi evi şəhid ailəsinə bağışlayacağını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

Bildirək ki, Şakir Eminbəylinin adı bir qrup media və QHT nümayəndəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə jurnalistlər üçün nəzərdə tutulan üçüncü binanın şəhid ailələrinə verilməsini təklif edən şəxslərin siyahısında var.

Qeyd edək ki, həmin siyahıda adı olan media nümayəndələrindən Elçin Mirzəbəyli, Elbrus Ərud, Hikmət Babaoğlu, Vüqar Rəhimzadə, Vüsal Məmmədov, Elçin Alıoğlu, Şakir Ağayev, Azər Xəlilov, Bəhruz Quliyev, Hümmət Musayev, Şakir Eminbəyli jurnalistlər üçün nəzərdə tutulmuş 1 və 2-ci binalardan ev alıblar.

www.yenicag.az

545
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100