!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentə təbriklər gəlməkdə davam edir

!Reklam – Yazi

1449303120_ilham-eli1ggggPolşa prezidenti Andjey Duda Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

A. Dudanın məktubunda deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə sizi və xalqınızı Polşa xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ölkənizə, vətəndaşlarınıza və şəxsən Zati-alinizə firavanlıq diləyirəm. Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Əməkdaşlığa dair yeni razılaşmanın regionda və qitədə sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə xidmət edən qarşılıqlı səmərəli əməkdaşlıqda yeni mərhələ olacağına əminəm.

Ölkələrimizin hərtərəfli əməkdaşlığının uğurlu inkişaf perspektivlərini nəzərə alaraq, iqtisadi əlaqələrlə yanaşı, mədəni, elmi və gənclər arasında münasibətlərin dərinləşməsinin vacib olduğunu düşünürəm. Bu əlaqələr illərdən bəri dostluq münasibətləri olan xalqlarımız arasında dialoqun daha da genişlənməsinə imkan yaradacaq. Möhtərəm cənab prezident, sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzu edirəm”.

İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin Qırğızıstan prezidenti Almazbek Atambayev və Pakistan prezidenti Məmnun Hüseyn, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet də təbrik ediblər.

 

www.yenicag.az

626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv